Türkiyənin Şanlı Urfa şəhərində bankların birində bu gün səhər saatlarında partlayış baş verib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib. Partlayışın səbəbləri məlum deyil. Partlayış nəticəsində banka xeyli ziyan dəysə də, ölən və yaralananlar yoxdur.