Türkiyə Tarix Qurumunun erməni araşdırmalar mərkəzinin direktoru Kamal Çiçək ölkəsinin 1915-ci il hadislərini araşdırmağa hazır olduğunu və Türkiyənin öz tarixinə güvəndiyini bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"Türkiyə öz tarixə güvənir. Ermənilər nə öz arxivlərində olan məlumatlardan, nə də Türkiyə arxivlərindən xəbərdardırlar", - deyə Çiçək bildirib.
Hər il aprelin 24-də ermənilər tarixi faktları saxtalaşdıraraq Ankaraya qarşı əsassız iddialar ilə çıxış edərək "erməni soyqırımı"nın ildönümünü qeyd edirlər. 2006-cı ildə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidentinə birgə komissiyanın yaradılması təklifi ilə müraciət edib, lakin erməni tərəfi bu hadisələrlə bağlı şübhə olmadığını bəyan edərək, bu təklifdən imtina edib.
Türkiyə Prezidenti Adullah Gül Parisə səfəri zamanı keçirdiyi mətbuat konfransında 1915-ci ildə baş vermiş hadisələr zamanı yalnız ermənilərin deyil, eyni zamanda türklərin də zərər çəkdiyini bildirmişdi.
Çiçək onu da qeyd edib ki, Ankara-Yerevan protokolu Parlamentdə təsdiq edilərsə, həmin vaxtdan bir ay sonra 1915-ci il hadiələrini araşdırmaq üçün birgə komissiya öz işinə başlayacaq.