Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın oktyabrın 29-na planlaşdırılan Vaşinqton səfəri təxirə salınıb, bu barədə CNN Turk saytı xəbər verir.
Səfərin başqa vaxta keçirilməsinin səbəbləri barədə məlumat verilmir.
ABŞ Prezidenti Barak Obama Türkiyənin Baş nazirini Vaşinqtona səfərə şəxsən dəvət edib.
Ehtimal olunur ki, Türkiyə Baş nazirinin ABŞ-a səfəri noyabrda baş tutacaq, CNN Turk yazır.