...

Türkiyənin Baş naziri İtaliyaya yola düşüb

Dünya xəbərləri Materials 17 Noyabr 2009 10:37 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransında iştirak etmək məqsədilə İtaliyaya yola düşüb, Anadolu xəbər verir.
Türkiyənin Baş naziri İtaliyaya yola düşüb

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir R.Daraxşan /

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransında iştirak etmək məqsədilə İtaliyaya yola düşüb, Anadolu xəbər verir.

Romada olduğu müddətdə Ərdoğan gözlənildiyi kimi, bir sıra dövlət başçıları, o cümlədən İtaliyanın Baş naziri Silvio Berluskoni ilə ikitərəfli danışıqlar keçirəcək.

Ərdoğan ilə birgə İtaliyaya Türkiyənin dövlət naziri və ölkənin Ai-yə daxil olması üzrə danışıqlardakı türk nümayəndə heyətinin başçısı Egemen Baxış və kənd təsərrüfatı naziri Mehdi Eker də səfər edib.

Xəbər lenti

Xəbər lenti