...

ABŞ telekanalı Türkiyə ərazisini səhv göstərdiyinə görə üzr istəyib

Dünya xəbərləri Materials 28 Dekabr 2009 12:59 (UTC +04:00)
ABŞ-ın NBC telekanalı Türkiyənin Şərqi Anadolu ərazisini Kürdüstan ərazisi kimi göstərdiyinə görə üzr istəyib.
ABŞ telekanalı Türkiyə ərazisini səhv göstərdiyinə görə üzr istəyib

ABŞ-ın NBC telekanalı Türkiyənin Şərqi Anadolu ərazisini Kürdüstan ərazisi kimi göstərdiyinə görə üzr istəyib. Məlumatı Türkiyənin "Milliyət" qəzeti yazır.

Ötən həftə "Today's Show" proqramının buraxılışlarının birində üç amerikalı alpinistin "Kürdüstan ərazisi" kimi göstərilən Türkiyə ərazisi vasitəsilə İran sərhədini keçməsi barədə süjet nümayiş olunub.

ABŞ telekanalının süjetində İraqın Kürdüstan əyalətinin ərazisi Türkiyənin Şərqi Anadolu, həmçinin Suriyanın sərhəd rayonlarına kimi genişləndirilib. Telekanal bu səhvə görə üzr istəyib.

Xəbər lenti

Xəbər lenti