...

İslam dövlətləri müsəlmanların birliyini dəstəkləməli və öz hüquqlarını müdafiə etməlidirlər - İranın ali lideri

Dünya xəbərləri Materials 4 Mart 2010 16:18 (UTC +04:00)
İslam dövlətləri müsəlmanların birliyinin dəstəklənməsi və öz hüquqlarının müdafiəsi üçün mümkün səyləri birləşdirməlidirlər. Bunu İranın ali lideri ayətullah Əli Xamneyi deyib.
İslam dövlətləri müsəlmanların birliyini dəstəkləməli və öz hüquqlarını müdafiə etməlidirlər - İranın ali lideri

İslam dövlətləri müsəlmanların birliyinin dəstəklənməsi və öz hüquqlarının müdafiəsi üçün mümkün səyləri birləşdirməlidirlər. Bunu İranın ali lideri ayətullah Əli Xamneyi deyib. Məlumatı İranın televiziyasının rəsmi saytı Iribnews yayıb.

Xamneyi cümə axşamı İranın rəsmi şəxsləri, İslam dövlətləri səfirliklərinin nümayəndələri və Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə Tehranda keçirilən "Birlik" konfransının iştirakçıları ilə görüşüb.

O qeyd edib ki, Peyğəmbərin buyurduqları müsəlmanların ən mühüm vəzifələrindən biridir və İslam ətrafında birləşmə İslam dövlətlərində bir çox problemlərin həllinə və bu ölkələrin inkişafına gətirib çıxara bilər.

Xamneyi həmçinin deyib ki, müsəlman ölkələri öz zəngin təbii resursları, həmçinin böyük potensialları ilə əlverişli coğrafi mövqedə yerləşirlər.

"Bəs nə üçün belə sərvətlərin olmasına baxmayaraq, həmin ölkələrdə bu qədər problem var və onlar öz üstünlüklərindən necə istifadə etməyi bilmirlər?", -o vurğulayıb.

Xamneyi həmin ölkələrdəki problemlər arasında yoxsulluğun yüksək səviyyədə olmasını, elmin inkişafındakı tənəzzülü, mədəniyyətin kifayət qədər inkişaf etməməsini, həmçinin dünya hegemonlarının qarşısında öz hüquqlarının müdafiə edilə bilməməsini göstərib.

Xamneyi əlavə edib ki, İsrailin "sionist rejimi" müsəlman birliyinə zərbə vuraraq Fələstin xalqına qarşı cinayətlər törədir. "Ancaq İslam dünyası özünü elə aparır ki, sanki baş verənlərin ona aidiyyatı yoxdur", - o bildirib.

Ali lider "sionist rejimini" "böyüməkdə olan xərçəng şişi" adlandırıb və əlavə edib ki, ona qarşı yeganə mübarizə üsulu İslama qayıdış və Peyğəmbərin buyurduqlarını yerinə yetirməkdir.

"Həmin dövlətlərdə İslam mövqeyinin möhkəmləndirilməsi və müsəlmanların İslam ətrafında birləşməsi bir çox mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin həllinə yardlm edəcək", - o deyib.

Xamneyi ABŞ və Böyük Britaniyanı İslamın sünni və şiə məzhəbləri tərəfdarları arasında münaqişənin qızısdırılmasında ittiham edib.

O, dünya müsəlmanlarının birləşməsini və Fələstinin müdafiəsini İranın mühüm missiyalarından və şəriət öhdəliklərindən biri adlandırıb.

Xəbər lenti

Xəbər lenti