...

Türkiyə hələ ki ABŞ-ın "İncirlik" hərbi bazasının bağlanması imkanlarını nəzərdən keçirmir – XİN rəhbəri

Dünya xəbərləri Materials 5 Mart 2010 14:39 (UTC +04:00)
Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsinə baxmayaraq, Ankara hələ ki ABŞ-ın Türkiyə ərazisindəki "İncirlik" hərbi bazasının bağlanması imkanlarını nəzərdən keçirmir.
Türkiyə hələ ki ABŞ-ın "İncirlik" hərbi bazasının bağlanması imkanlarını nəzərdən keçirmir – XİN rəhbəri

Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsinə baxmayaraq, Ankara hələ ki ABŞ-ın Türkiyə ərazisindəki "İncirlik" hərbi bazasının bağlanması imkanlarını nəzərdən keçirmir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuat konfransında deyib.

"Hər yaz biz Türkiyə-ABŞ münasibətlərində böhranın yaranacağından ehtiyat edirik. Hələ ki "İncirlik" hərbi bazasının bağlanması imkanlarını nəzərdən keçirmirik", - Davudoğlu deyib.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

ABŞ hökumətinin "erməni soyqırımı" məsələsindəki mövqeyinə gəlincə, Davudoğlu ümüd etdiyini bildirib ki, Prezident Obama aprelin 24-də onu tanımayacaq.

"Erməni soyqırımı"nın tanınması gələcəkdə Cənubi Qafqazda sülhün bərqərar olmasına çox mənfi təsir edəcək", - türkiyəli nazir deyib.

Davudoğlu, həmçinin, Ermənistan hökumətini ABŞ Konqresi vasitəsilə Türkiyəyə təzyiq göstərməməyə, bütün arxivləri açmağa və danışıqları üz-üzə aparmağa çağırıb.

Türkiyənin XİN rəhbəri qətnamənin qəbul olunmasının Ermənistan-Türkiyə protokollarının ratifikasiyası məsələsində Ankaraya təzyiq göstərə biləcəyi haqqında fikri səhv hesab edir.

"Türkiyə bu məsələni 10 günə, Ermənistan isə 4 aya həyata keçirib", - Davudoğlu bildirib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan və Türkiyəyə münasibətdə üçüncü ölkənin müdaxiləsi iki ölkə arasında barışıq prosesini çətinləşdirir.

"Erməni soyqırımı" haqqında qətnamənin qəbulu sübut edir ki, Konqres gələcək siyasi strategiyanın hazırlanmasında çox gücsüzdür", - türkiyəli nazir bildirib.

Xəbər lenti

Xəbər lenti