...

Xatəminin vəkili İranın sabiq prezidentinin ölkəni tərk etməsinə qadağa qoyulması barədə məlumatı təkzib edib

Dünya xəbərləri Materials 9 Mart 2010 17:34 (UTC +04:00)
İranın sabiq prezidenti Məhəmməd Xatəminin vəkili Mahmud Əlizadə Təbatəbayi Xatəmiyə ölkəni tərk etməsinə qadağa qoyulmasını barədə yayılan məlumatı təkzib edərək bildirib ki, hər hansı bir şəxsin ölkədən çıxmasını qadağan etmək üçün məhkəmə qərarı lazımdır və Xatəminin barəsində belə bir qərar yoxdur.
Xatəminin vəkili İranın sabiq prezidentinin ölkəni tərk etməsinə qadağa qoyulması barədə məlumatı təkzib edib

İranın sabiq prezidenti Məhəmməd Xatəminin vəkili Mahmud Əlizadə Təbatəbayi Xatəmiyə ölkəni tərk etməsinə qadağa qoyulmasını barədə yayılan məlumatı təkzib edərək bildirib ki, hər hansı bir şəxsin ölkədən çıxmasını qadağan etmək üçün məhkəmə qərarı lazımdır və Xatəminin barəsində belə bir qərar yoxdur. Bu barədə ILNA xəbər agentliyi məlumat yayıb.

"Xatəmi barəsində heç bir ittiham irəli sürülməyib ki, onun ölkədən çıxması qadağan olunsun. Bu məlumatı təkzib edirəm", - Təbatəbayi deyib.

Bundan öncə İranın Fars xəbər agentliyi Təhlükəsizlik Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsinə istinadən məlumat yaymışdı ki, İranın sabiq prezidenti Məhəmməd Xatəmiyə ölkəni tərk etmək qadağan olunub. Agentliyin məlumatına əsasən, bazar ertəsi dini iclasda Təhlükəsizlik Nazirliyinin nümayəndəsi elan edib ki, bir müddət əvvəl Xatəmi xaricə getmək fikrində olub, lakin ona ölkəni tərk etmək qadağan olunub.

Xəbər lenti

Xəbər lenti