...

BMT-nin baş katibi vərəmlə yoluxanların sayının azaldılması prosesinin səviyyəsindən razı deyil

Dünya xəbərləri Materials 19 Mart 2010 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/

BMT-nin baş katibi vərəmlə mübarizənin səviyyəsindən razı deyil.

BMT-nin Azərbaycan nümayəndəliyindən cümə günü Trend -a daxil olan məlumatda bildirilir ki, baş katib Pan Gi Munun Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə dünya ictimaiyyətinə müraciətində bu narazılıq ifadə olunub.

"Vərəmə yoluxanların sayının bütün dünya regionlarında azalması onun bütün ölkələrdə azalması demək deyil. Ümumiyyətlə, vərəmə yoluxanların sayının azaldılması prosesi istədiyimiz qədər sürətlə getmir. Vərəmə nəzarətin adekvat şəkildə aparılmaması səbəbindən insanlar müalicə olunması çətin və baha olan, həmçinin dərmanlara qarşı davamlı vərəm çöplərinə yoluxmaqda davam edir", - müraciətdə vurğulanır.

Baş katib dünya ictimaiyyətini vərəmlə mübarizə istiqamətində səyləri birləşdirməyə çağırıb.

Baş katib vərəmdən ölənlərin sayının azalmaqda davam etdiyini, bu nailiyyətlərin hökumət və qeyri-hökumət sektorlarında tibbi xidmət göstərənlərin, xəstə qayğısına qalan xeyriyyəçilərin və 1995-ci ildən bəri 36 milyon insanın müalicə olunmasına kömək edən bütün insanların sayəsində əldə edildiyini bildirib.

Nəticədə, təxminən 6 milyon insan həyatı xilas olunub.

Keçən il vərəm 1,8 milyon insanın ölümünə səbəb olub. Bu rəqəm vərəmi yetkinlik yaşına çatmış insanların həyatına son qoyan dünya üzrə ikinci ən qorxulu infeksiyaya çevirir. Vərəm uşaq dünyaya gətirə bilən yaşda olan qadınların ölümünə səbəb olan üç ən təhlükəli xəstəliklərdən biridir.

Xəbər lenti

Xəbər lenti