Türkiyə polisinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İrana səfər edəcəklər

Dünya xəbərləri Materials 1 Aprel 2010 14:44 (UTC +04:00)

Türkiyə polisinin Narkotiklərlə Mübarisə İdarəsinin rəisi Əhməd Pekin başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi İrana səfər edəcək. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Səfər zamanı iki ölkə polisinin narkotiklərlə mübarizə idarələrinin üçüncü müştərək iclası keçiriləcək. Görüşdə iki ölkənin narkotiklərlə mübarizədə əməkdaşlıqlarının daha da artırılması yolları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti