Smolenskdə təyyarə qəzası ilə əlaqədar Putinin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 10 Aprel 2010 13:54 (UTC +04:00)

RED. əlav.: birinci abzasdan sonra əlavə olunub

RF Prezidenti Dmitri Medvedevə şənbə günü Varşavadan Smolenskə uçan təyyarənin Smolenskdə qəzaya uğraması ilə bağlı təcili olaraq məlumat verilib. RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən bildirir.

Dövlət başçısının göstərişi ilə qəzanın baş verdiyi yerə Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu yollanıb. Bundan əlavə, RF prezidenti Baş nazir Vladimir Putinin başçılığı altında hökumət komissiyası yaradıb. Sözügedən komissiya qəzanın səbəblərini araşdıracaq.

RF Prokurorluğu yanında İstintaq Komitəsinin məlumatına görə, təyyarənin bortunda 132 nəfər, o cümlədən Polşa Prezidenti Lex Kaçinski və onun xanımı da olub. Rusiya FHN-dən RİA Novostiyə xəbər verildiyi kimi, qəza zamanı sərnişinlərin hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti