İran XİN rəhbəri Nyu-Yorka səfər edəcək

Dünya xəbərləri Materials 14 Aprel 2010 12:58 (UTC +04:00)

İran XİN rəhbəri Mənuçöhr Möttəki nüvə silahının yayılmaması haqqında müqavilə (NSYM) iştirakçılarının konfransında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Konfransda məqsəd müqaviləyə yenidən baxılmasıdır. Bunu İran XİN rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmmədmehdi Axundzadə deyib. Məlumatı "Fars" agentliyi yayıb.

O əlavə edib ki, səfər zamanı Möttəkini bu məsələ üzrə ekspertlər müşahidə edəcəklər.

NSYM iştirakçılarının konfransı mayda Nyu-Yorkda - BMT-nin mənzil-qərargahında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti