...

Qafqazda status-kvo heç kimə sərfəli deyil - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 24 Aprel 2010 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Axundov/

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində müəyyən müddət "sakit diplomatiya" lazımdır. Bunu cümə günü Türkiyə Prezidenti Abdullah Gül deyib. Məlumatı "Anadolu" informasiya agentliyi yayıb.

Cümə günü Milli Müstəqillik Günü və Uşaq Günü münasibətilə Türkiyə Parlamentində keçirilən qəbul zamanı jurnalistlərin suallarına cavab verən Prezident Gül deyib ki, Türkiyənin Ermənistana qarşı siyasəti çox şəffafdır.

"Türkiyə öz xarici siyasətində diqqətli strategiyaya malikdir və Türkiyənin Qafqazda yalnız bir siyasəti var. Türkiyə Qafqazda sabitliyə yardım göstərmək istəyir. Qafqazda status-kvo heç kimə sərfəli deyil. Biz regionda sülhün və sabitliyin bərqərarı üçün status-kvonu dəyişməli olacağıq. Regionda sakit diplomatiyaya ehtiyac var", - Gül bildirib.

Xəbər lenti

Xəbər lenti