...

Türkiyə "Azadlıq donanması"ndakı terrorçu olduqları güman edilən sərnişinlərin adlarının verilməsini tələb edir

Dünya xəbərləri Materials 7 İyun 2010 13:17 (UTC +04:00)
Əgər Türkiyənin "Mavi Mərmərə" humanitar gəmisində həqiqətən terrorçular olubsa, İsrail onların adlarını Türkiyəyə verməlidir
Türkiyə "Azadlıq donanması"ndakı terrorçu olduqları güman edilən sərnişinlərin adlarının verilməsini tələb edir

Əgər Türkiyənin "Mavi Mərmərə" humanitar gəmisində həqiqətən terrorçular olubsa, İsrail onların adlarını Türkiyəyə verməlidir, - bu barədə Türkiyənin "Hürriyyət" qəzeti xarici işlər naziri Əhməd Davudoğlunun dediklərindən sitat gətirir.

İki strateji tərəfdaş arasında münasibətlər mayın 31-də - İsrail hərbçilərinin Qəzzaya humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq dəniz konvoyuna hücumundan sonra kəskin pisləşib. Hücum nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub, 19 nəfər yaralanıb.

Rəsmi Ankara beynəlxalq birlikdən hadisənin dərhal araşdırılmasına başlamağı və İsrailin məsuliyyətə cəlb olunmasını tələb edir.

İsrailin hərbi şəxsləri sərnişinləri gəmini saxlamağa cəhd etdikləri vaxt, HDD əsgərlərinə ilk olaraq hücum etməkdə günahlandırırlar.

Bundan başqa, İsrail donanmanın göyərtəsində "Əl-Qaidə" ilə əlaqə saxlayan terrorçuların ola biləcəyini bəyan edir.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri jurnalistlərə bildirib ki, İsrail gəmidə terrorçuların olmasının sübutu kimi onların adlarını təqdim etməlidir.

"Biz hadisələrin araşdırılmasında qərəzsiz və açıq yanaşmaya malik komissiya ilə əməkdaşlığa hazırıq. Çünki Türkiyə həqiqəti bilmək istəyir. Hansı səbəbdən doqquz Türkiyə vətəndaşı neytral sularda həlak olmalıdır? Heç kimin vətəndaşlarımızı öldürmək haqqı yoxdur", - Davudoğlu bəyan edib.

Bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik Ankaranın on illər ərzində hərbi-texniki sahədə sıx əməkdaşlıq etdiyi İsraillə hərbi sazişlərinin ləğv edilməsi mümkünlüyü barədə məlumat verib. Bu barədə "RİA-Novosti" yazır.

İsraillə münasibətlərin minimuma endirləcəyinin mümkünlüyü barədə ötən həftənin sonlarında Türkiyən Baş nazirinin müavini Bülənd Arınç da bəyan edib.

Yaxın perspektivdə Türkiyə ilə İsrail arasında münasibətlər yol xəritəsində təkcə hərbi sahədə deyil, həm də digər sahələrdə dondurula bilər. Bu barədə "Xəbər Türk" qəzeti bazar ertəsi siyasətçinin dediklərindən sitat gətirib.

Baş nazir Ərdoğanın başçılıq etdiyi hakim partiyanın sədr müavini onu da bəyan edib ki, Ankara İsrailin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüququn ona verdiyi bütün hüquqlardan istifadə edəcək.

Yerli KİV-in məlumatına görə, Türkiyə çərşənbə axşamı İstanbulda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQFETM) dövlət və hökumət başçılarının üçüncü forumundan İsrailin açıq şəkildə mühakimə olunması və onun təcrid edilməsi üçün beynəlxalq platforma kimi istifadə etməyə çalışır.

İsraili bu sammitdə ölkənin Ankaradakı səfiri təmsil edəcək. Halbuki ikitərəfli münasibətlərdəki böhrana qədər, tədbirdə hakim "Likud" partiyasının sədr müavini Dan Meridorun iştirakı planlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti