...

İran yaxın günlərdə daha bir sualtı gəmini HDQ-nin istifadəsinə verəcək

Dünya xəbərləri Materials 3 Avqust 2010 12:04 (UTC +04:00)
Səfərdən əsas məqsədim sualtı və suüstü gəmilərin əsaslı təmir və istehsal xətti ilə yaxından tanış olmaq və eləcə də yaxın 10 gün ərzində Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək sualtı gəminin istehsal prosesini izləməkdir. Bunu İranın Silahlı Qüvvələr komandiri Ətaullah Salehi bu gün Bəndər Abbas şəhərinə səfəri zamanı deyib. Bu barədə İSNA xəbər agentliyi məlumat verir.
İran yaxın günlərdə daha bir sualtı gəmini HDQ-nin istifadəsinə  verəcək

Səfərdən əsas məqsədim sualtı və suüstü gəmilərin əsaslı təmir və istehsal xətti ilə yaxından tanış olmaq və eləcə də yaxın 10 gün ərzində Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək sualtı gəminin istehsal prosesini izləməkdir. Bunu İranın Silahlı Qüvvələr komandiri Ətaullah Salehi bu gün Bəndər Abbas şəhərinə səfəri zamanı deyib. Bu barədə İSNA xəbər agentliyi məlumat verir.

"İran Hərbi Dəniz Qüvvələri (HDQ) hazırda İranın daxili istehsalı olan "Əl-Qədir", "Nuh", "Yunis" və "Tariq" sualtı gəmilərindən istifadə edir.

Salehi İrana qarşı tətbiq olunmuş sanksiyalarla gəmilərin yoxlanılması məsələsinə münasibət bildirib və deyib ki, İran üçün gəmilərin yoxlanılması qəbuledilməzdir. "İran üçün Somali dəniz quldurları ilə ABŞ dəniz quldurları arasında heç bir fərq yoxdur", - deyə Salehi deyib.

Xəbər lenti

Xəbər lenti