...

Müvəqqəti hökumətin bütün fəaliyyətinə yeni parlament tərəfindən diqqətlə baxılacaq – Qırğızıstan Prezidenti

Dünya xəbərləri Materials 26 Avqust 2010 20:50 (UTC +04:00)
Müvəqqəti hökumətin son dövrdə göstərdiyi bütün fəaliyyət yeni parlament tərəfindən diqqətlə nəzərdən keçiriləcək. Bu barədə çümə axşamı Qırğızıstan Prezidenti Roza Otunbayeva Tokmok şəhərinin fəalları ilə görüşdə bildirib.
Müvəqqəti hökumətin bütün fəaliyyətinə yeni parlament tərəfindən diqqətlə baxılacaq – Qırğızıstan Prezidenti

Müvəqqəti hökumətin son dövrdə göstərdiyi bütün fəaliyyət yeni parlament tərəfindən diqqətlə nəzərdən keçiriləcək. Bu barədə çümə axşamı Qırğızıstan Prezidenti Roza Otunbayeva Tokmok şəhərinin fəalları ilə görüşdə bildirib. Xəbəri CA-News yayıb.

Onun sözlərinə görə, yeni konstitusiyada iki çox mühüm komitə müxalifətə yer ayırıb. Bu, büdcə, hüquq qaydası və təhlükəsizlik komitələridir. Buna görə də maliyyə hissəsi müxalifət tərəfindən izləniləcək.

"Müvəqqəti hökumət hazırda nə edirsə, müxalifətin əlinə keçir. Müxalifət bunun necə sərf edildiyini axıra qədər tələb edəcək", - Otunbayeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti