...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə atılan addımlar heç bir nəticə verməyib - yeni Baş Qərargah rəisi

Dünya xəbərləri Materials 28 Avqust 2010 11:08 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı atılan addımlar hələ ki heç bir nəticə verməyib, lakin proses davam etdirilir.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə atılan addımlar heç bir nəticə verməyib - yeni Baş Qərargah rəisi

Аzərbaycan, Bakı, 28 avqust /Trend А.Axundov/

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı atılan addımlar hələ ki heç bir nəticə verməyib, lakin proses davam etdirilir. Bunu Türkiyə ordusunun yeni Baş Qərargah rəisi general İşık Koşaner Baş Qərargah rəhbəri vəzifəsinin səlahiyyətlərinin qəbul edilməsi mərasimində deyib. Məlumatı "Hürriyyət" qəzeti yazır.

Onun sözlərinə görə, mövcud məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli regionda sülh və sabitliyin yaranması üçün vacibdir.

İşıq Koşaner bu vəzifədə general İlker Başbuğu əvəz edib.

Koşaner avqustun 30-dan etibarən rəsmi olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisinin funksiyalarını icra edəcək.

Onun sözlərinə görə, Rusiya-Gürcüstan münaqişəsi bir daha boğazların statusu haqqında Montre konvensiyasının vacibliyini göstərib.

"Rusiya-Gürcüstan münaqişəsi bir daha Qara dənizin və boğazların statusu haqqında Montre konvensiyasının vacibliyini göstərdi", - Koşaner deyib.

Xəbər lenti

Xəbər lenti