...

İran nüvə enerjisindən istifadə etmək niyyətindədir - İran XİN rəhbəri

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 14:38 (UTC +04:00)

İran, ABŞ-ın ona qarşı irəli sürdüyü sanksiyalara baxmayaraq, öz AES-ləri və mülki nüvə texnologiyalarından istifadə etmək niyyətindədir. Bu barədə İran İslam Respublikasının xarici işlər naziri Mənüçöhr Möttəki BƏƏ-dən olan həmkarı Şeyx Abdulla ben Zayed əl-Naxayanla Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyasında görüşü zamanı deyib. Məlumatı "Press-TV" yayıb.

Möttəki vurğulayıb ki, İranın BAEA ilə əməkdaşlığı BMT-nin sanksiyaları, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul olunmuş birtərəfli qərarlara baxmayaraq davam etdiriləcək.

O, həmçinin, İranın ölkənin iqtisadi inkişaf planı əsasında bütün ölkə üzrə elektrik enerjisinin əsas mənbəyi kimi nüvə enerjisindən istifadə planlarını da qeyd edib.

BƏƏ-nin xarici işlər naziri, öz növbəsində, İranı AES buraxan ilk Yaxın Şərq ölkəsi kimi təbrik edərək bildirib ki, onun ölkəsi də 2010-cu ilin sonuna qədər AES-in inşasına başlamağı planlaşdırır.

Möttəki Mərkəzi Afrika, Boliviya və Kubadan olan həmkarları ilə ayrıca danışıqlar aparıb və bu danışıqlar zamanı tərəflər bütün sahələrdə əməkdaşlığın fəallaşdırılması və ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti