...

İranda alimin qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Dünya xəbərləri Materials 3 Dekabr 2010 17:29 (UTC +04:00)
Bazar ertəsi Tehranda baş verən partlayışlara görə məsuliyyət daşıyan və məşhur nüvə aliminin qətlində şübhəli bilinən şəxslər saxlanılıb.
İranda alimin qətlində şübhəli bilinən şəxslər saxlanılıb

Bazar ertəsi Tehranda baş verən partlayışlara görə məsuliyyət daşıyan və məşhur nüvə aliminin qətlində şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə İran İslam Respublikasının kəşfiyyat naziri Heydər Müslehi bildirib. Məlumatı ILNA agentliyi yayıb.

Onun sözlərinə görə, bu partlayışların arxasında İsrailin "Mossad", Böyük Britaniyanın Mİ-6 və ABŞ MKİ kəşfiyyat idarələri durur. Həbs olunanlar öz fəaliyyətlərinin detalları barədə nazirliyə məlumat veriblər.

Nazir qeyd edib ki, terror şəbəkəsi geniş plan hazırlayıb, lakin nazirlik onun həyata keçirilməsinə mane ola bilər.

Müslehi qeyd edib ki, İran BMT-nin ölkənin nüvə alimlərinin adlarının olduğu son qətnaməsi qəbul olunduğu gündən "lovğa" dövlətin İslam Respublikasında qeyri-sabit vəziyyət yaratmaq üsulu tapacağına əmin idi.

O, həmçinin əlavə edib ki, şübhəlilər qətldə əlbir olan və daha "irimiqyaslı əməliyyatlar" keçirməyi planlaşdıran "əsas qrupun" bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti