...

Nüvə alimlərinə qarşı terror aktı BAEA-nın məlumatları əldə edildikdən sonra törədilib - İran Ədliyyə Nazirliyinin sözçüsü

Dünya xəbərləri Materials 6 Dekabr 2010 18:34 (UTC +04:00)
İki nüvə aliminə qarşı terror aktı törədənlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatlarını əldə etməklə öz məqsədlərini həyata keçiriblər.
Nüvə alimlərinə qarşı terror aktı BAEA-nın məlumatları əldə edildikdən sonra törədilib - İran Ədliyyə Nazirliyinin sözçüsü

İki nüvə aliminə qarşı terror aktı törədənlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatlarını əldə etməklə öz məqsədlərini həyata keçiriblər. Bu sözləri İran Ədliyyə Nazirliyinin mətbuat katibi Qulamhüseyn Möhsüni Əjeyi bu gün keçirdiyi mətbuat konfransında deyib. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Əjeyi deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə alimləri haqqında məlumatları yayımlamağa səlahiyyəti yoxdur. "BAEA İranın nüvə alimlərinin terrorunda məsuliyyət daşıyır. Bu təşkilat öz daxili nizamnaməsinə əsasən, təkcə təşkilatın öhdəlikləri ilə bağlı məlumatları yayımlaya bilər. Lakin bu təşkilat İranın nüvə alimləri haqqında məlumatlar toplayır", - o deyib.

Əjeyi əlavə edib ki, BAEA məsuliyyət daşıyır və bununla bağlı cavab verməlidir.

Noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar. Məlumata əsasən, alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar. BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsində sanksiya tətbiq edilən şəxslər siyahısında Firudin Abbasinin də adı var.

İranın rəsmi şəxsləri ABŞ, İsrail, Böyük Britaniya və NATO kəşfiyyatını noyabrın 29-da iki tehranlı müəllimə qarşı yönələn terror aktlarında bilavasitə və ya dolayısı ilə əli olmaqda günahlandırırlar.

İran BAEA-nın müfəttişlərinin ölkəyə gəlişinə dəfələrlə mane olub. İmtina ilə bağlı sonuncu insident BAEA İdarə Şurasının növbəti iclasından əvvəl Tehranın iki təcrübəli mütəxəssisi öz obyektlərinə buraxmaqdan imtina etməsi, onları özünün nüvə proqramı haqqında "doğru olmayan informasiya" verməkdə günahlandıran zaman baş verib.

Xəbər lenti

Xəbər lenti