...

ABŞ "altılıq"la İran arasındakı danışıqlarda digər ölkələrin rolunu istisna etmir – Dövlət Departamenti

Dünya xəbərləri Materials 9 Dekabr 2010 16:04 (UTC +04:00)

ABŞ "altılıq"la İran arasında danışıqların aparılmasına digər ölkələrin töhfə verəcəyini istisna etmir. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli çərşənbə günü gündəlik brifinqdə bəyan edib.

"Biz hansısa ölkənin danışıqların keçirilməsində rolunu istisna etmirik, lakin məlumdur ki, "altılıq" əsas qrupdur və biz gələn ay danışıqların bu tərkibdə keçiriləcəyinə ümid edirik", - Krouli İranın nüvə proqramı ilə bağlı danışıqların keçiriləcəyi ölkə kimi Türkiyənin mümkün rolu barədə sualı cavablandırarkən bildirib.

Çərşənbə axşamı Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlarda "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) ölkələrinin xarici işlər nazirləri müavinləri və Aİ-nin xarici işlər və təhlüksəizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. İranı danışıqlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili təmsil edib.

Danışıqlar prosesinin yekunu üzrə yanvarın sonunda İstanbulda müzakirələrin davam etdirilməsi haqqında qərar qəbul edilib.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti