...

Moskvadakı millətlərarası toqquşmalar məktəblərə keçib

Dünya xəbərləri Materials 17 Dekabr 2010 17:39 (UTC +04:00)
Moskvada futbol fanatları və milli diaspor nümayəndələri arasında toqquşmalar paytaxtın məktəblərinə də gəlib çatıb. RBK-ya Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, dekabrın 16-da Moskvanın Dolqoprudnı vilayətində 13 saylı məktəbin şagirdi cənub respublikalarından olan yeniyetməni bıçaqlayıb.
Moskvadakı millətlərarası toqquşmalar məktəblərə keçib

Moskvada futbol fanatları və milli diaspor nümayəndələri arasında toqquşmalar paytaxtın məktəblərinə də gəlib çatıb. RBK-ya Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, dekabrın 16-da Moskvanın Dolqoprudnı vilayətində 13 saylı məktəbin şagirdi cənub respublikalarından olan yeniyetməni bıçaqlayıb.

Məlumat verilir ki, həmin məktəbin 9-cu sinif şagirdi Tamerlan Saraliyev mərkəzi şəhər xəstəxanasına qarın boşluğunun deşilmiş yarası ilə çatdırılıb.

Onu yaralayan 8-ci sinif şagirdi Vladislav Dumçev artıq milis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o "mübahisə zəminində" hücum edib. İnsidentin araşdırılması davam etdirilir. Bu, ötən gün ərzində baş verən yeganə millətlərarası toqquşma deyil.

Dekabrın 16-na keçən gecə Naximov prospektində 11 saylı binanın yaxınlığında Özbəkistan vətəndaşı D.Karşiyev ölümcül yaralanıb. O, çoxsaylı kürək, qabırğa və əlin çoxsaylı kəsilmiş yaraları ilə tapılıb. Hüquq-mühafizə orqanları Özbəkistan vətədaşının ölümündə şübhəli bilinən 20 yaşlı S.Venenkanı saxlaya biliblər. Güman edilir ki, o, iki cinayət yoldaşı ilə D.Karşiyevi "millətlərarası ədavət zəminində" vurub.

Ötən gecə iki döyülmə hadisəsi qeydə alınıb. Moskva vaxtı ilə saat 01:00 radələrində Verxnıye polya küçəsində 37 yaşlı Vyetnam vətəndaşı Fam Xıy Tam döyülüb. O, oynaq və kəllə sınıqları, baş və üz sıyrıntıları ilə xəstəxanaya çatdırılıb. Bundan başqa, Moskva vaxtı ilə saat 22:00 radələrində Moskvanın cənubunda General Belov küçəsində üç gənc ticarət mərkəzinin Qırğızıstandan olan 27 yaşlı süpürgəçisinə hücum ediblər.

Xəbər lenti

Xəbər lenti