...

"Ayrin" qasırğası ABŞ-ın Atlantik sahilinə yaxınlaşır

Dünya xəbərləri Materials 26 Avqust 2011 05:15 (UTC +04:00)
ABŞ-ın cənub-şərq ştatlarında rəsmilər yaxınlaşmaqda olan "Ayrin" qasırğasına hazırlaşırlar. RIA Novosti agentliyinin yaydığı məlumata görə, meteroloqlar Şimali Karolinada fövqəladə vəziyyət elan ediblər.
"Ayrin" qasırğası ABŞ-ın Atlantik sahilinə yaxınlaşır

ABŞ-ın cənub-şərq ştatlarında rəsmilər yaxınlaşmaqda olan "Ayrin" qasırğasına hazırlaşırlar.
RIA Novosti agentliyinin yaydığı məlumata görə, meteroloqlar Şimali Karolinada fövqəladə vəziyyət elan ediblər.

Əhalinin sıx olduğu ABŞ-ın şərq sahillərində rəsmilər "Ayrin" qasırğası səbəbi ilə məşhur çimərliklərdən insanları evakuasiya etməyə başlayıblar.

Meteoroloqlar Şimali Karolinanın bütün sahillərində qasırğaya dair xəbərdarlıq ediblər. Hazırda küləyinin sürəti saat 185 kilometrə çatan "Ayrn" qasırğası artıq Baham adalarını təsirinə məruz qoyub.

Verilən məlumatlara görə, adaların cənublarına ciddi zədə dəyib, ancaq xəsarət alan insanların olmadığı bildirilir.

Virciniyada ABŞ hərbi dəniz qüvvələri gəmilərini limanlardan açıq dənizə göndərib. Gəmilərin açıq dənizdə daha təhlükəsiz olacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti