...

Ermənistanda daha bir hərbi qulluqçu xidmət yoldaşı tərəfindən öldürülüb

Dünya xəbərləri Materials 30 Yanvar 2012 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend/

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistanın hərbi hissələrindən birində hərbi qulluqçu öldürülüb. Həqiqi hərbi xidmətə çağırılan Paylak Şahnazaryan aldığı güllə yarasından yerindəcə keçinib. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Ermənistanın Müdafiə Nazirliyinin İstintaq xidməti faktla bağlı CM-in 104-cü maddəsinin 1-ci hissəsi (qətl) üzrə cinayət işi qaldırıb, istintaq aparılır. Yanvarın 28-də elə həmin hissənin yefreytoru Xaçatur Sarkisyan qətl törətməkdə şübhəli bilinərək həbs olunub.

Xəbər lenti

Xəbər lenti