...

Deputatlığa namizədlərin 20 faizə yaxını artıq İran parlamentinə seçilib

Dünya xəbərləri Materials 3 Mart 2012 12:13 (UTC +04:00)
Dünən İranda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, məclisə (parlament) seçilmiş namizədlərin təxminən 20 faizinin adı məlum olub.
Deputatlığa namizədlərin 20 faizə yaxını artıq İran parlamentinə seçilib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Dünən İranda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, məclisə (parlament) seçilmiş namizədlərin təxminən 20 faizinin adı məlum olub. Bu barədə şənbə günü Trend FARS agentliyinə istinadən məlumat verir. Xüsusilə indiki çağırış parlamentinin bir sıra üzvləri təkrar seçiliblər. Seçilmiş parlamentarilərin az bir qismi bir şəhər əvəzinə iki şəhəri təmsil edirlər.

İran parlamentinin 290 üzvü var, onlardan 60 nəfəri artıq seçilmiş hesab edilir.

Seçkilərə indiki çağırış deputatlarından 33-ü buraxılmayıb. Onların namizədliyi İran Nəzarət Şurası tərəfindən qeydə alınmayıb.

İranda səsvermə cümə günü yerli vaxt ilə saat 08:00-da başlayıb və 18:00-dək davam etməli idi. Lakin səsvermə müddəti dörd dəfə - bir dəfə iki saat və üç dəfə bir saat uzadılıb.

Parlament seçkilərində 3 400 namizəd mübarizə aparıb. Seçkilər ümumilikdə 46 062 səsvermə məntəqəsində keçirilib ki, onlardan 14 307-si səyyar qutular vasitəsilə həyata keçirilib.

Seçkilərin nəticələri seçki günündən (martın 2-dən) 48-72 saat sonra açıqlana bilər.

Xəbər lenti

Xəbər lenti