Fransa Milli Cəbhəsinin lideri fransızların Əlcəzairdə törətdikləri cinayətləri tanımağa çağırıb

Dünya xəbərləri Materials 7 Mart 2012 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir A.Tağıyeva /

Fransa millətçi partiyası - Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen ölkə hakimiyyətini əvvəlcə 1954-1962-ci illər müharibəsi zamanı Əlcəzairdə törətdikləri vəhşilikləri tanımağa, daha sonra "erməni soyqırımı"nın tanınması haqqında düşünməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

"Fransızlar onlar tərəfində döyüşən əlcəzairlilərə qarşı pis münasibətlərini də etiraf etməlidirlər" - Le Pen deyib.

Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Xəbər lenti

Xəbər lenti