...

Yerevanda tələbələr öz rektorlarını dəstəkləmək üçün aksiya keçirirlər

Dünya xəbərləri Materials 18 Aprel 2012 10:35 (UTC +04:00)
Bryusov adına Yerevan Dövlət Dilçilik Universitetinin tələbələri Facebook sosial şəbəkəsində "Cənab Zolyan, qayıdın!" adlı səhifə açıblar.
Yerevanda tələbələr öz rektorlarını dəstəkləmək üçün aksiya keçirirlər

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bryusov adına Yerevan Dövlət Dilçilik Universitetinin tələbələri Facebook sosial şəbəkəsində "Cənab Zolyan, qayıdın!" adlı səhifə açıblar. Trend-in məlumatına görə, bu barədə Novosti-Armeniya yazır.

Ermənistanın təhsil və elm naziri Armen Aşotyan çərşənbə axşamı Yerevan Dövlət Dilçilik Universitetinin rektoru Suren Zolyanın səlahiyyətlərinin dayandırılması və əmək müqaviləsinin ləğv edilməsi barədə əmr imzalayıb.

Sosial şəbəkədə yerləşdirilmiş məlumata görə, çərşənbə günü səhər saat 09.30-da tələbələr Təhsil və Elm Nazirliyinin binası qarşısında toplaşaraq universitetin vəzifəsindən kənarlaşdırılmış rektorunun işinə geri qaytarılmasını tələb ediblər.

Sosial şəbəkənin istifadəçiləri "Rektorumuzu qaytarın" adlı açıq qrup da yaradıblar.

Ermənistanın təhsil naziri Armen Aşotyanla rektor Suren Zolyan arasında münaqişə ona martın 19-dan 23-dək ölkədən çıxmağı qadağan edən nazirin sərəncamına baxmayaraq, rektorun Regional dillər üzrə Avropa xartiyası ekspertləri komitəsinin plenar iclasında iştirak üçün ölkəni tərk etməsindən sonra yaranıb. Bununla əlaqədar aprelin 6-da Yerevan Dövlət Dilçilik Universitetinin rektoru barəsində ölkənin təhsil və elm naziri Armen Aşotyanın əmri ilə inzibati cərimə tətbiq edilmiş və "şiddətli töhmət" verilmişdi.

Bundan sonra ali məktəbdə yoxlamalar başlayıb. Həmin yoxlamalar zamanı Təhsil Nazirliyinin elan etdiyinə görə, rektor tərəfindən təsdiq edilmiş daxili normativ aktlarda pozulma halları qeydə alınıb. O cümlədən ali məktəbdən çıxarılma, qəbul, bərpalar, fənlərin təkrar verilməsi, yekun attestasiyanın keçirilməsi, fərdi qrafik üzrə təlim qaydalarının yerinə yetirilməsində ciddi pozuntular aşkar edilib.

Bundan başqa, nazirlik mövcud olmayan ixsisaslar (məsələn, ingilis dili və regional coğrafiya) üzrə diplomların verilməsində ali məktəbi ittiham edir.

Çərşənbə axşamı Aşotyan Suren Zolyana ikinci "şiddətli töhmət" verilməsi barədə əmr imzalayıb.

Xəbər lenti

Xəbər lenti