...

İran və Ukrayna dəmir yolunun tikintisi haqqında saziş imzalayıblar

Dünya xəbərləri Materials 28 Aprel 2012 12:30 (UTC +04:00)
İran və Ukrayna dəmir yolunun tikintisi haqqında saziş imzalayıblar.
İran və Ukrayna dəmir yolunun tikintisi haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İran və Ukrayna dəmir yolunun tikintisi haqqında saziş imzalayıblar. Trend-in İranın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü İranın yollar və şəhərsalma nazirinin müavini Əhməd Sadeqi bildirib.

Sadeqi deyib ki, Ərdəbil-Miyana, Ərdəbil-Pars-Abad, Təbriz-Miyana dəmir yolları və şossenin tikintisi haqqında saziş imzalanıb.

Onun sözlərinə görə, tikinti qismən Ukrayna investorlarının hesabına maliyyələşdiriləcək.

"Plana əsasən, İran Yollar və Şəhərsalma Nazirliyi ilə müzakirələr aparmaq üçün ukraynalı nümayəndələr İrana səfər etməlidirlər", - Sadeqi qeyd edib.

Onun sözlərinə görə, Ukrayna ilə birgə işin artıq yaxın vaxtlarda başlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti