Azərbaycan, Bakı, 15 may /Trend/
Fransua Olland rəsmən Fransa Respublikasının prezidenti elan edilib. Bunu Yelisey Sarayında rəsmi mərasimdə Konstitusiya Şurasının rəhbəri Jan-Lui Debre bəyan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
"Fransızların 80 faizdən çoxunun iştirak etdiyi yaxşı şəraitdə keçən seçkilərin nəticələrinə görə, bu gün siz Beşinci Respublikanın 7-ci və Fransa Respublikasının 24-cü prezidenti elan edilirsiniz. Bu gündən, 2012-ci ilin 15 mayından etibarən səlahiyyətlərin icrası dövründə siz Fransanı, respublikanın və bütün fransızların dəyərlərini təmsil edəcəksiniz", - Debre deyib.