Azərbaycan, Bakı, 22 may / Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/
İran Türkiyə ilə münasibətlərin inkişafı üçün maneə görmür. Bu barədə İranın beynəlxalq məsələlər üzrə vitse-prezidenti Əli Səidlu Tehranda səfərdə olan Türkiyənin iqtisadi inkişaf naziri Cevdet Yılmazla görüşünüdə bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İSNA agentliyi xəbər verir.
Səidlunun sözlərinə görə, iki ölkənin iqtisadi və strateji əməkdaşlığı təkcə İran və Türkiyənin maraqlarına xidmət etmir, həm də bütün regionun inkişafına yardım edir. Vitse-prezidentin sözlərinə görə, bunu bilən bəzi qüvvələr Tehranla Ankaranın münasibətlərinin inkişafına mane olmağa cəhd edirlər.
Öz növbəsində, türkiyəli nazir qeyd edib ki, Türkiyə və İran yükdaşımalar, limanlardan istifadə sahəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.