İranda iqtisadiyyat: səmərəsiz idarəetmə, yaxud sanksiyaların təsiri

İranda iqtisadiyyat: səmərəsiz idarəetmə, yaxud sanksiyaların təsiri

Təmkin Cəfərov - Trend-in icmalçısı

İran Prezidenti Mahmud Əhmədinejad ötən gün gözlənilməz bəyanatla çıxış edərək bildirib ki, hökumətdə büdcə çatışmazlığı var və hökumət bir çox təşkilatların büdcəsini ödəyə bilmir. Əhmədinejadın bu bəyanatla çıxış etməsi həm ölkənin daxilində, həm də xaricdə birmənalı qarşılanmayıb.

Hələ cari ilin iyun ayında İranın neft və bank sisteminə qarşı sanksiyalar tətbiq olunan zaman Qərb ölkələri yeni sanksiyaların İranın nüvə proqramını dayandırmaq üçün təsiredici hesab edirdilər və Əhmədinejadın sonuncu bəyanatı ilk baxışdan bu təəssüratı yaşadır ki, həqiqətən də sanksiyalar İrana təsir edib. Xüsusilə də son aylar ərzində ölkənin milli valyutasının 50 faizə qədər azalması sanksiyaların təsir gücünü daha aydın göstərməyə başladı.

İran parlamentinin sədri Əli Laricani ötən həftə jurnalistlərə açıqlamasında sanksiyaların ölkəyə yalnız 20 faiz təsir etdiyini və iqtisadi sahədə olan problemlərin 80 faizinin isə ölkənin idarə edilməsindəki mövcud problemlərdən irəli gəldiyini bildirdi.

Lakin Əhmədinejad bundan əvvəl sərgilədiyi mövqenin əksinə olaraq (sanksiyaların ölkəyə təsirinin olmaması ilə bağlı müxtəlif çıxışları), ötən həftə keçirdiyi mətbuat konfransında, demək olar, ilk dəfə fərqli çıxış edərək Laricaninin iddiasının əsassız olduğunu və sanksiyaların ölkə iqtisadiyyatına təsir etdiyini bəyan etdi.

İranın ilk dəfə neft istehsal etdiyi zamandan artıq 103 il keçir. Əhmədienjadın birinci prezidentliyi dövründə neft nazirinin müavini olmuş Əkbər Turkan sentyabrın 5-də bildirmişdi ki, Əhmədinejadın 7 illik prezidentliyi dövründə (2005-2011) neft gəlirləri 531 milyard dollar təşkil edib, bu rəqəm isə 103 il neft satışından ölkənin əldə etdiyi gəlirin yarısı deməkdir.

OPEK-in illik məruzəsinə əsasən, İranın neft gəlirləri 2005-ci ildən 2011-ci ilədək 500 milyard dollardan çox təşkil edir.

Belə bir ideal gəlirlərlə yanaşı, Beynəlxalq Valyuta Fondunun oktyabrın 9-da yayımladığı məruzədə bildirilir ki, İranın 2012-ci ildə iqtisadi inkişafı keçən illə müqayisədə 9 faiz azalıb və inflyasiya 25 faizi keçib. Bundan başqa, ötən yeddi il ərzində bazar likvidliyi altı dəfə artaraq 4 min trilyon riala çatıb. Rialın 2010-cu ilin əvvəlində xarici valyutaya nisbətdə məzənnəsi 10400 rial təşkil edirdisə, hazırda bu rəqəm azad bazarda 35000 riala çatıb. Bu göstəricilər Əhmədinejad administrasiyasının iqtisadi sahədə uğursuzluğunu göstərir.

Bundan başqa, Avropa və ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsindən əvvəl, hələ 2011-ci ildə İranın iqtisadi inkişafı 2 faiz təşkil edirdi, inflyasiya isə 20 faizdən çox idi.

Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinə 4,5 milyard manata yaxın vəsait ayrılacaq
Gələn il Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinə 4,5 milyard manata yaxın vəsait ayrılacaq
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Facebook səhmləri 4%-dək ucuzlaşıb
Facebook səhmləri 4%-dək ucuzlaşıb
Loading Bars
Xəbər lenti
"Barselona" futbol klubunun baş məşqçisi Ronald Kuman vəzifəsindən azad olunub
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
İspaniya La Liqası: "Barselona" 19 ildən sonra ilk dəfə "Rayo Valyekano"ya məğlub olub
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib
Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir - Korotçenko
Zəfər xronikası 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr
Abşeronda intihara cəhdin qarşısı alınıb
Avropada COVID-19-a yoluxma və ölüm halları artmaqda davam edir
"Instagram"da yeni funksiya əlavə olunub
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək - Rusiyalı ekspert
Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür - Komitə sədri
Saatlı və Ağcabədidə ev yanıb
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib
MDU ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
AQTİ mütəxəssisləri ictimai iaşə sahələrinin əməkdaşlarına növbəti təlim keçib
ABB-dən hər kəsə nağd pul krediti
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir
Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Türkiyə prezidentinin Qarabağa səfəri bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi - Azər Qarayev
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Silsilə Zəfər tədbirləri keçiriləcək (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı
İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)
Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi (ƏLAVƏ OLUNUB)
Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək
Qaradağda 2-ci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Azərbaycan-Çin hökumətlərarası komissiyasının videokonfrans formatında iclası keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Azərbaycan çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yerini alacaq - Ərdoğan (VİDEO)
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi (FOTO)
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Prezident İlham Əliyev Miloş Zemanı təbrik edib
İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib (FOTO)
Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa səfər edib (FOTO)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub
Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub
Vaksinlər koronavirusun yeni variantına qarşı effektivdir - İnfeksionist
2022-ci ildə elm sahəsinə xərclər 10 faizdən çox artırılacaq
2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI
Şəhid ailələri və qazilərlə bağlı “Zəfər” altsistemi yaradılır - Fərman
Xaçmaz rayonunda onlayn formatda vətəndaşların müraciəti dinlənilib (FOTO)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır
Azərbaycandakı dini qurumların sayı açıqlanıb
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimi başa çatıb (FOTO)
Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək - Türkiyə Prezidenti
Füzuli aeroportunun açılması ilə mühüm hava nəqliyyatı marşrutu reallaşdırılıb - Ərdoğan
"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb
"Holcim Azərbaycan" Azərbaycanda əsas infrastruktur layihələrinin etibarlı tərəfdaşıdır
Toxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiq edilib
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb
Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb
SOCAR Neft Emalı Zavodunun ətrafındakı yüksək səs və gurultulara aydınlıq gətirib (FOTO)
Qazax sakinindən odlu silah götürülüb (FOTO)
Qazaxda narkotik alverçisi yaxalandı (FOTO)
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək - Nazir müavini (FOTO)
Paytaxtda növbəti həyət abadlaşdırılıb (FOTO)
Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert
Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq
Sabah hava necə olacaq?
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır
Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib
UNEC-də “Erməni dili” kurslarına start verilib
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində olub (FOTO)
Hazırda tədrisi distant aparan siniflərin sayı açıqlanıb
Yaşayış minimumunun məbləği artırılır
Saxta COVID pasportu satan xəstəxana rəhbərliyinə cinayət işi başlandı
Məhkəmə və hüquq-mühafizə sahələrinə xərclər 13 faizə yaxın artırılacaq
Vilyam Hacıyev xəstəxanadan təcridxanaya qaytarıldı
Goranboyda karantini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub (FOTO)
Dünya Bankı BVF direktorunun öz müdafiəsi üçün iclasın keçirilməsi müraciətini qəbul etməyib
Bütün xəbərlər