...

İranın Əhər şəhərində zəlzələ olub

Dünya xəbərləri Materials 16 Oktyabr 2012 10:45 (UTC +04:00)
Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində zəlzələ baş verib.
İranın Əhər şəhərində zəlzələ olub

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər yayıb.

Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,5 bal olub.

Yeraltı təkanlar yerli vaxtla saat 07:45-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti