Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E. Qəzvini/
Bildirilir ki, partlayıcı qurğu gecə saatlarında Xasavyurt qəsəbəsindəki polis postunda işə salınıb. Bu haqda Trend İnterfax agentliyinə istinadən məlumat verir. Xəbərə görə, partlayış polis əməkdaşları tərəfindən "Lada Priora" markalı avtomobilə baxış həyata keçirərkən gerçəkləşdirilib.
Rusiya Federasiyasının Dağıstan üzrə Daxili İşlər nazirliyinin mətbuat xidməti də təstiq edib ki, olayda azı 3 hüquq mühafizə əməkdaşı həyatını itirib. Məlumatda asayış keşişçilərinin şəhərdə terror aktının qarşısının aldığı da qeyd olunur.