...

Afrika dövlətlərinin liderləri konqolu üsyançılara qarşı saziş imzalayıblar

Dünya xəbərləri Materials 24 Fevral 2013 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Afrikanın Böyük göl regionunun 11 dövlətinin lideri Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən üsyançılara qarşı birgə mübarizə aparmaq üçün saziş imzalayıblar. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, sənəd BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində imzalanıb.

Sazişə əsasən, tərəflər "23 mart hərəkatı"nın üsyançılarının qanunsuz fəaliyyətinin qarşısını almaq üçün çoxmilli hərbi qüvvə yaradacaq. Saziş vasitəsilə, həmçinin, mərkəzi hakimiyyətə üsyançıların qarşısını almaq üçün çağırış edilib.

Xatırladaq ki, sülh sazişi yanvar ayında imzalansa da, Cənubi Afrika Respublikasının, Tanzaniyanın və Mozambikin qüvvələrinin BMT çərçivəsində yeni forma alması müəyyən problemlərlə qarşılaşmışdı. Eyni zamanda, mərkəzi hakimiyyət Ruanda və Uqandanı M23 hərəkatına kömək etməkdə ittiham edir. Lakin hər iki ökənin nümayəndələri ittihamları qəbul etmirlər.

"23 mart hərəkatı" 2012-ci ilin aprel ayında üsyançı "Xalq müdafiəsi milli konqresi" təşkilatının əsasında formalaşıb.

Xəbər lenti

Xəbər lenti