...

Rəsmi Tehran: "Altılıq" ölkələri ilə nüvə danışıqlarının növbəti raundu daha səmərəli olacaq

Dünya xəbərləri Materials 6 Mart 2013 16:45 (UTC +04:00)
Qazaxıstanda İran və "5+1" qrupu arasında nüvə danışıqlarının ikinci raundu daha səmərəli olacaq. Trend-in çərşənbə günü ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib.
Rəsmi Tehran: "Altılıq" ölkələri ilə nüvə danışıqlarının növbəti raundu daha səmərəli olacaq

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Qazaxıstanda İran və "5+1" qrupu arasında nüvə danışıqlarının ikinci raundu daha səmərəli olacaq. Trend-in çərşənbə günü ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib.

Abbasi Tehranda jurnalistlər qarşısında çıxışında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İranın Parçindəki hərbi-sənaye kompleksinə mümkün səfərinə toxunub.

"Əgər onlar Parçinə gəlmək istəyirlərsə, İrana səfərin məqsədləri barədə müvafiq sənədləri təqdim etməlidirlər, - o qeyd edib. - Əgər zərdab və vaksinlərlə işə başlasaq, Qərb bizi bioloji silah istehsal etməkdə günahlandıracaq. Kimya sahəsində fəaliyyət göstərsək, onlar bizi kimyəvi silah hazırlamaqda təqsirləndirəcəklər. Əgər orbitə peykin buraxılması layihəsi üzərində işləsək, onlar İranı raketlərin buraxılmasında təqsirləndirəcəklər", - Abbasi qeyd edib.

Onun fikrincə, İran başqalarının dediklərinə əhəmiyyət vermədən öz nüvə hüququnun müdafiəsində dayanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti