...

Ermənistanda keçirilən prezident seçkilərindən sonra ölkədən mühacirət edənlərin sayı artıb

Dünya xəbərləri Materials 14 Mart 2013 12:33 (UTC +04:00)
Bu ilin ilk iki ayı ərzində hava yolu ilə (Yerevanda "Zvartoneç" və Gümrü "Şirak" hava limanları) Ermənistana 96 min 112 nəfər gəlib, 115 min 221 tərk edib. Yəni sərnişin axınında mənfi saldo olub,başqa sözlə,ölkəni 19 min 29 nəfər tərk edib.
Ermənistanda keçirilən prezident seçkilərindən sonra ölkədən mühacirət edənlərin sayı artıb

Bu ilin ilk iki ayı ərzində hava yolu ilə (Yerevanda "Zvartoneç" və Gümrü "Şirak" hava limanları) Ermənistana 96 min 112 nəfər gəlib, 115 min 221 tərk edib. Yəni sərnişin axınında mənfi saldo olub, başqa sözlə, ölkəni 19 min 29 nəfər tərk edib. Trend-in məlumatına görə, bu barədə "1in.am" saytı Ermənistan Mülkü Aviasiya idarəsinə istinadən bildirib.

Otən illin yanvar-fevral ayı ilə müqayisədə, 2013-cü ildə ölkəni tərk edənlərin sayı 2455 nəfər artıb.

Eyni mənbənin verilən məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında bu fərq 16 min 574 nəfər olub.

Bir sıra ekspertlər prezident seçkilərinin nəticələri ilə ölkədən edilən mühacirətlərin artımının əlaqəli olduğunu proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti