...

İran ordusunun təyyarələri böyük dağıdıcı gücə malik raketlərlə təchiz olunur

Dünya xəbərləri Materials 23 Aprel 2013 14:14 (UTC +04:00)
İran ordusu qırıcılar da daxil olmaqla təyyarələrini uçuş dairəsi 200 kilometr olan “Qhader” raketləri ilə təchiz edib.
İran ordusunun təyyarələri böyük dağıdıcı gücə malik raketlərlə təchiz olunur

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran ordusu qırıcılar da daxil olmaqla təyyarələrini uçuş radiusu 200 kilometr olan "Qhader" raketləri ilə təchiz edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Fars" agentliyi xəbər yayıb.

Məlumata görə, İran alimləri tərəfindən yaradılan "Qhader" raketi sahilyani hədəflərə, hərbi gəmilərə qarşı döyüşdə böyük dağıdıcı gücə malikdir. 2011-ci ildə təqdim olunan raket 200 kilometr uçuş radiusuna malikdir. Ölkə rəhbərləri "Qhader"i İran HDQ-inə məxsus "ən güclü və dəqiq raket" kimi səciyyələndirirlər.

Raketlər onların hərbi gəmilərə, helikopterlərə və qırıcılarda quraşdırması mümkünlüyü ilə buraxılır.

"Qhader" həm "yer-yer", həm də "yer-dəniz" raket rolunu həyata keçirə bilər, həmçinin təyyarələrdən atıla bilər.

Raket rəqəmsal avtopilot sistemi ilə təchiz olunub. Dəqiq naviqasiya sisteminə malik olan bu raket düşmən təyyarələrini aşkarlamağa qadirdir.

İranda ötən həftə qeyd olunan Milli Silahlı Qüvvələr Günündə ilk dəfə "Qhader" raketlərinin qırıcılardan buraxılması zamanı baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti