...

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Dünya xəbərləri Materials 11 May 2013 23:38 (UTC +04:00)
İranın 11-ci prezident seçkilərində iştirakı üçün namizədlərin qeydiyyat dövrü şənbə günü saat 18:00-da başa çatıb.
İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Azərbaycan, Bakı, 11 may / Trend /

İranın 11-ci prezident seçkilərində iştirakı üçün namizədlərin qeydiyyat dövrü şənbə günü yerli vaxtla saat 18:00-da başa çatıb. Bu barədə Trend Press TV telekanalına istinadən məlumat verir.

İndiyənədək seçkilərdə iştirak etmək üçün 686 nəfər, o cümlədən 30 qadın qeydiyyatdan keçib.

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili, İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi və Prezident Dəftərxanasının rəhbəri İsfəndiyar Rəhim Məşai ən son qeydiyyatdan keçmiş namizədlər idi.

12-16 may tarixlərində Konstitusiya Nəzarət Şurası hər bir namizədin səlahiyyətinə baxacaq.

Əgər şura hər-hansı bir səbəbdən namizədin prezident seçkilərində iştirak hüququna malik olmadığı barədə qərar verərsə, onda müəyyən olunan vaxta qədər namizəd bu qərara etiraz edə bilər.

Mayın 23-24-də İran DİN seçkilərdə iştirak edən namizədlərin adlarını açıqlayacaq. Mayın 24-də seçkiqabağı kampaniya başlanacaq və iyunun 12-də başa çatacaq.

İranda 11-ci prezident seçkiləri iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti