...

Rusiya Türkiyə ilə birgə uzaq mənzilli hava hücumundan müdafiə kompleksini yaratmağa hazırdır

Dünya xəbərləri Materials 19 May 2013 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Rusiya "Antey-2500" sistemini əsas götürərək Türkiyə ilə birlikdə uzaq mənzilli hava hücumundan müdafiə (HHM) kompleksini yaratmağa hazırdır. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Türkiyə çoxdan uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına tender elan edib, lakin bu tenderdə qalib indiyə qədər elan edilməyib.

"Rusiya tender çərçivəsində "Antey-2500" sistemi (S-300 sisteminin ixracat variantı) əsasında birgə Rusiya-Türk məhsulunu təklif etməyə hazırdır. Məsələn, türk şassisinə HHM-in içini qoymaq", bazar günü "Rosoboroneksport"un rəhbəri Sergey Ladıqin deyib.

Bundan başqa, "Rosoboroneksport" Türkiyəyə üçüncü ölkələr bazarlarına bu kompleksin yeridilməsi üçün birgə marketinq siyasətinin aparılmasını təklif edir. " Yəni dünyanın digər ölkələrində bu kompleksin istehsalına lisenziyanın satışının müzakirələri mümkündür", - agentliyin həmsöhbəti izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti