...

İran DİN-in rəhbəri prezident seçkiləri zamanı xırda pozuntular barədə məlumat verib

Dünya xəbərləri Materials 14 İyun 2013 14:19 (UTC +04:00)
İranda keçirilən prezident seçkiləri zamanı əhəmiyyətsiz qayda pozuntuları qeydə alınıb ki, onlar barədə də DİN-ə məlumat verilib.
İran DİN-in rəhbəri prezident seçkiləri zamanı xırda pozuntular barədə məlumat verib

İran, Tehran, 14 iyun /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İranda keçirilən prezident seçkiləri zamanı əhəmiyyətsiz qayda pozuntuları qeydə alınıb ki, onlar barədə də DİN-ə məlumat verilib.

Bu barədə İranın DİN rəhbəri Mustafa Məhəmməd Nəccar Trend-in Tehranda olan xüsusi müxbirinə bildirib.
Nəccar sualın detallarını açıqlamayaraq deyb ki, "biz bu məsələləri araşdırırıq".

O, həmçinin vurğulayıb ki, ciddi qayda pozuntuları qeydə alınmayıb və seçki prosesi hələlik uğurla davam etdirilir.

Nəccarın sözlərinə görə, seçkilərdə seçici fəallığı yüksəkdir və seçki prosesi aktiv şəkildə davam edir: "Seçki öncəsi bütün təşkilatlar, müəssisələr, namizədlər seçki prosesinin daha yaxşı təşkil olunması üçün fəal şəkildə əməkdaşlıq edirdilər".

O bildirib ki, seçkilər bitəndən dərhal sonra səslərin sayılmasına başlanacaq.

Nəccar təşkil olunan mətbuat konfransında insanları seçkilərdə aktiv iştirak etməyə çağıraraq bildirib: " Bizim üçün prioritet olan səslərin sürətlə sayılması yox, ayıqlıq və şəffaflıqdır".

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti