...

Həsən Ruhani: Hələlik heç kim seçkilərdə öz qələbəsi barədə danışa bilməz

Dünya xəbərləri Materials 14 İyun 2013 14:38 (UTC +04:00)
Vaxtından əvvəl heç kim prezident seçkilərində öz qələbəsi barədə danışa bilməz.
Həsən Ruhani: Hələlik heç kim seçkilərdə öz qələbəsi barədə danışa bilməz

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Bədəlova/

Vaxtından əvvəl heç kim prezident seçkilərində öz qələbəsi barədə danışa bilməz. Trend-in "Mehr" agentliyinə istinadən bu barədə İran prezidentliyinə islahatçılar düşərgəsindən olan namizəd Həsən Ruhani bildirib.

Məlumatda bildirilib ki, Ruhani seçkilərdə səs verəndən sonra belə bir bəyanatla çıxış edib. O, həmçinin seçkilərdə yüksək seçici fəallığının olacağına ümid edərək bildirib ki, səs verməyərək problemləri həll etmək olmaz.

Səsvermənin nəticələri ilə razılaşmamağın mümkünlüyü haqqında suala cavab verən Ruhani bildirib ki, istənilən namizəd qanun çərçivəsində seçkilərin nəticələrinə etiraz edə bilər.

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti