...

Türkiyə Suriya sərhədi yaxınlığında yeni hərbi baza tikir

Dünya xəbərləri Materials 9 Sentyabr 2013 08:38 (UTC +04:00)
Türkiyə silahlı qüvvələri Suriyanın Latakiya şəhəri yaxınlığında Kel dağın zirvəsində yeni hərbi bazanın tikintisinə başlayıblar.
Türkiyə Suriya sərhədi yaxınlığında yeni hərbi baza tikir

Azərbaycan, Bakı, 9 sentyabr / Trend /

Türkiyə silahlı qüvvələri Suriyanın Latakiya şəhəri yaxınlığında Kel dağın zirvəsində yeni hərbi bazanın tikintisinə başlayıblar. Bu barədə Trend Hurriyet qəzetinə istinadən məlumat verir.

Türkiyənin Hatay əyalətindən yük avtomobilləri ilə gətirilmiş hərbi texnika hazırda dağın zirvəsində quraşdırılıb.

Baza ötən il Suriya rejiminin qüvvələri tərəfindən türk təyyarəsi vurulmuş yerin yaxınlığında olacaq, qəzet xəbər verir.

Həmçinin Şanlıurfa əyalətindəki Mürşitpinar sərhəd postuna zirehli texnika və tanklarla dolu yük maşınları gətirilib, məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti