...

İran Prezidentinə nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlinməsi məsələsində səlahiyyət verilib

Dünya xəbərləri Materials 19 Sentyabr 2013 10:32 (UTC +04:00)
İran Prezidenti nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlinməsi məsələsində səlahiyyət əldə etdiyini bəyan edib.
İran Prezidentinə nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlinməsi məsələsində səlahiyyət verilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Prezidenti bildirib ki, nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlinməsi məsələsində səlahiyyət əldə edib. Bu barədə Trend "İRİB" agentliyinə istinadən bildirir.

İranın ali lideri ayətulla Əli Xamneyi Prezident Ruhaniyənüvə problemləri üzrə ABŞ-la birbaşa danışıqlar aparmaq səlahiyyəti verib.

Xamneyi bu barədə sentyabrın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri ilə görüşü zamanı bildirib.

İran Prezidentinin sözlərinə görə, ölkə hökumətinin heç vaxt nüvə silahının yaratmaq məqsədi olmayıb və bu gələcəkdə də hədəf olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti