Azərbaycan, Bakı, 3 noyabr /Trend/
İranın Ali Lideri Ayətullah Əli Xamenei bazar günü İran və dünya dövlətləri arasında nüvə problemi üzrə danışıqları dəstəklədiyini bildirib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Frans Press agentliyi məlumat verir.
"Mən danışıqlara nikbin deyiləm, lakin Allahın mərhəməti ilə, biz ziyan çəkməyəcəyik," - Xamenei deyib.
İran və "altılıq" arasında ikigünlük danışıqlar ekspertlər səviyyəsində oktyabrın 30 və 31-də Vyanada keçirilib. Onların məqsədi noyabrın 7 və 8-də Cenevrədə İranla "altılıq" arasında planlaşdırılan danışıqların növbəti raundunun keçirilməsinin hazırlanması olub.