...

Türkiyədə rekord mənfi temperatur qeydə alınıb

Dünya xəbərləri Materials 9 Dekabr 2013 12:18 (UTC +04:00)
Türkiyənin Ağrı vilayətində bu il rekord mənfi temperatur qeydə alınıb.
Türkiyədə rekord mənfi temperatur qeydə alınıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Ağrı vilayətində bu il rekord mənfi temperatur qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Agentliyin məlumatına əsasən, vilayətdə havanın temperaturu mənfi 24 dərəcəyə qədər enib.

Məlumatda o da qeyd olunur ki, şiddətli soyuqlar həftə sonuna qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti