...

BMT: "Cenevrə-2" iştirakçılarının siyahısı hələ razılaşdırılmayıb

Dünya xəbərləri Materials 13 Dekabr 2013 04:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Suriya üzrə yanvarın 22-də nəzərdə tutulan beynəlxalq konfrans ("Cenevrə-2") iştirakçılarının siyahısı hələ razılaşdırılmayıb. Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki jurnalistlərə bildirib.

"Hazırda siyahı üzərində iş başa çatmayıb", - Nesirki deyib.

Dekabrın 12-də Britaniya qəzeti The Daily Star bildirib ki, konfransa 32 dövlət dəvət olunub, o cümlədən İran və Səudiyyə Ərəbistanı. Suriya münaqişəsində əks tərəfləri dəstəkləyən bu iki ölkələrin iştirakı, hazırda əsas məsələlərdən biri sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti