Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 4-də Türkiyəyə səfər edəcək. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.
Məlumata əsasən, Zərif Türkiyə rəsmiləri ilə bölgədə baş verən proseslər,o cümlədən Suriya, Livan və İraqda baş verən son hadisələri müzakirə edəcək.