...

ABŞ bəzi Ukrayna vətəndaşlarına qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 22 Yanvar 2014 13:42 (UTC +04:00)
ABŞ Kiyevdə Maydanda etirazçılara qarşı yol verilən zorakılığa cavab olaraq bəzi Ukrayan vətəndaşları ilə bağlı sanksiya qərarı alıb.
ABŞ bəzi Ukrayna vətəndaşlarına qarşı sanksiya tətbiq edib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

ABŞ Kiyevdə Maydanda etirazçılara qarşı yol verilən zorakılığa cavab olaraq bəzi Ukrayan vətəndaşları ilə bağlı sanksiya qərarı alıb. Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ötən ilin noyabr və dekabr aylarında Maydanda etirazçılara qarşı yol verilən hərəkətlərə cavab olaraq ABŞ səfirliyi güc tətbiq etməkdə əli olan bəzi Ukrayna vətəndaşlarının vizasını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti