...

Tbilisidə Gürcüstan və Avropa İttifaqı arasında danışıqlar keçiriləcək

Dünya xəbərləri Materials 23 Yanvar 2014 08:52 (UTC +04:00)
Tbilisidə Gürcüstan və Avropa İttifaqı (Aİ) arasında assosiasiyalaşma haqqında saziş üzrə danışıqların birinci mərhələsi cümə axşamı keçiriləcək.
Tbilisidə Gürcüstan və Avropa İttifaqı arasında danışıqlar keçiriləcək

Gürcüstan, Tbilisi, 23 yanvar /Trend, müxbir N.Kirtsxalia/

Tbilisidə Gürcüstan və Avropa İttifaqı (Aİ) arasında assosiasiyalaşma haqqında saziş üzrə danışıqların birinci mərhələsi cümə axşamı keçiriləcək.

Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, belə görüşlər assosiasiyalaşma haqqında sazişin imzalanmasının hazırlanmasına yönəlib və bu ilin yayında baş tutacaq.

Gürcüstan və Avropa İttifaqı arasında illik fəaliyyət proqramını dəyişəcək assosiasiyalaşma gündəliyi qüvvəyə minir.

Birinci mərhələdə Gürcüstan tərəfindən xarici işlər nazirinin müavini Tamar Beruçaşvili, Aİ tərəfindən isə Avropa xarici fəaliyyət xidmətinin nümayəndəsi Dirk Şubel iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti