...

Suriya Milli koalisiyasının rəhbəri fevralın 4-də Moskvaya səfər edəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2014 22:01 (UTC +04:00)
Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba gələn çərşənbə axşamı Moskvaya səfər edəcək.
Suriya Milli koalisiyasının rəhbəri fevralın 4-də Moskvaya səfər edəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba gələn çərşənbə axşamı Moskvaya səfər edəcək. Trend Frans Press agentliyinə istinadən bu barədə cümə axşamı müxalifətçinin köməkçisi məlumat verir.

"Cənab Carba Rusiya tərəfinin fevralın 4-də Moskvaya səfər etməsi barədə dəvətini qəbul edib", - Carbanın müşaviri bildirib.

Xəbər verildiyi kimi, Rusiya XİN-i Milli koalisiyanın ünvanına dəfələrlə Moskvaya səfər etməsi barədə dəvət göndərib, lakin tərəflər əlverişli vaxtını razılaşdıra bilmirdilər.

Milli koalisiyasının Baş katibi Bədr Camus bəyan edib ki, təşkilat Rusiya nümayəndələri ilə hər hansı görüşü alqışlayır, xüsusən də əgər onlar tərəflər arasında dialoqun daha da inkişafına müsbət təsir olacaqdır.

Xəbər lenti

Xəbər lenti